AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun I təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
18.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Qusar” – “Şahdağ Qusar” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);
18.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Göygöl” – “Dinamo” oyununun 84-cü dəqiqəsində “Dinamo” klubunun 8 nömrəli futbolçusu Yusif Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Dinamo” klubu 300 manat cərimə edilir (maddə 43.3);
19.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Sheki City” – “Kür-Araz” oyununda “Sheki City” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);
19.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Sheki City” – “Kür-Araz” oyununun 87-ci dəqiqəsində “Sheki City” klubunun baş məşqçisi Firuddin Mövsümov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sheki City” klubu 150 manat cərimə edilir (maddə 42.3);
19.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Sheki City” – “Kür-Araz” oyununun 90+5-ci dəqiqəsində “Kür-Araz” klubunun 17 nömrəli futbolçusu Elariz Xəlilli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Kür-Araz” klubu 150 manat cərimə edilir (maddə 40.1);
19.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Sheki City” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 72.4);
20.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Şəfa” – “Şəmkir” oyununda “Şəfa” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” klubu 70 manat cərimə edilir (maddə 37);
20.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Şəfa” – “Şəmkir” oyununun 76-cı dəqiqəsində “Şəmkir” klubunun 20 nömrəli futbolçusu Elcan Rəhimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Şəmkir” klubu 150 manat cərimə edilir (maddə 40.1);
20.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Şəfa” – “Şəmkir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 74.1).
20.11.2023-cü il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Şəfa” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilir (maddə 72.4).
saytlarin hazirlanmasi