"Qarabağ"ın rəqibi futbolçusunu "İnter"ə satmağa hazırlaşır

15:34 - 28 Noyabr 2023

"Bayer"in futbolçusu Jeremi Frimponq Leverkuzen klubundan ayrılmağa hazırlaşır.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, “İnter” onu heyətinə qatmağı planlaşdırır.

Almaniya klubu 22 yaşlı futbolçunu 40 milyon avroya satmağa razıdır.

Frimponq bu mövsüm 17 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.Niderland millisinin üzvü 2021-ci ildə “Seltik”dən “Bayer”ə keçib. O, bu mövsüm “Qarabağ”a qarşı Bakıda keçirilmiş matçda meydana çıxıb.

Xəbər xətti