"Karvan"ı 1/8 finala yüksəldən qələbə - VİDEO

17:17 - 28 Noyabr 2023

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Karvan" doğma meydanda "Difai Ağsu"nu qəbul edib. Qarşılaşma Yevlax təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

"Karvan" 1/8 finalda "Lerik" - "Sumqayıt" cütünün qalibi ilə üz-üzə gələcək.

"Karvan" - "Difai Ağsu" 1:0
Qol:
Ruslan Voronsov, 72

Xəbər xətti