Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün MOİK öz meydanında II Liqa təmsilçisi "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma "hərbçilər"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
MOİK 1/8 finalda "Qarabağ"la qarşılaşacaq.
MOİK - "Cəbrayıl" 4:0
Qollar: İsa Zeynallı, 37 (pen), Cavidan Abbaszadə, 45+2, 86, Elvin Valiiev, 73