"Turan Tovuz" "Göygöl"ü mübarizədən kənarlaşdırdı - VİDEO

20:03 - 28 Noyabr 2023

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Turan Tovuz"la "Göygöl" üz-üzə gəlib. Qarşılaşma Premyer Liqa təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

"Turan Tovuz" 1/8 finalda "Zirə" ilə qarşılaşacaq.

"Turan Tovuz" - "Göygöl" 5:1
Qollar: 
Ayxan Quseynov, 4, 45, Belajdi Pusi, 41, 88, Tərlan Quliyev, 90+2 (pen) - Ülvi Cəlilov, 38

Xəbər xətti