Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Araz-Naxçıvan" II Liqa təmsilçisi "Kür-Araz"la qarşılaşıb. Matç Premyer Liqa təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
"Araz-Naxçıvan" 1/8 finalda I Liqada mübarizə aparan "İrəvan"la qarşılaşacaq.
“Kür-Araz” – “Araz-Naxçıvan” 1:6
Qollar: Ramazan Abbasov, 52 - Kadiri Mohammed, 21, Nicat Süleymanov, 47, 87, 90+2, Orxan Əliyev, 65, 88