"Sumqayıt"dan tarixi qələbə

11:44 - 30 Noyabr 2023

“Sumqayıt” tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri buna Azərbaycan kubokunun II təsnifat mərhələsində imza atıblar.

“Gənclik şəhəri” təmsilçisi “Lerik”lə səfər görüşündə 6:0 hesablı qələbə qazanıb. Bu, 2010-cü ildə yaradılan klubun tarixində 6 top fərqli ilk qələbədir.

“Sumqayıt” bunadək ən böyük qələbəsini Premyer Liqada əldə edib. 2022-ci il mayın 21-də “Səbail”lə ev görüşündə “Gənclik şəhəri” təmsilçisi 5 cavabsız qolla qalib gəlib.

Xəbər xətti