"Araz-Naxçıvan"dan ilklər

12:57 - 30 Noyabr 2023

Azərbaycan Kubokunun II təsnifat mərhələsi “Araz-Naxçıvan” üçün ilklərlə əlamətdar olub.

Sportal.az xəbər verir ki, Azər Bağırovun yetirmələri “Kür-Araz”a 6:1 hesabı ilə qalib gəlib.

Bu, Naxçıvan təmsilçisinin ölkə kubokunda ilk böyükhesablı qələbəsidir. Muxtar Respublika klubu bunadək yalnız minimal hesabla qalib gəlməyi bacarmışdı.

Bu qələbə həm də səfərdə əldə olunan ilk uğurdur. “Araz-Naxçıvan” səfərdə keçirdiyi əvvəlki matçların hamısında uduzmuşdu.

Xəbər xətti