"Şamaxı" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
"Şirlər"in baş məşqçisi Ramiz Məmmədov matçdan sonra Sportal.az saytına açıqlama verib. "Şamaxı"nın baş məşqçisi kimi ilk oyuna çıxan təcrübəli mütəxəssis futbolçuların verilən tapşırıqları yerinə yetirdiyini bildirib:
"Azarkeşlərimizi təbrik edirəm, futbolçularıma minnətdarlığımı bildirirəm. Uşaqlar verdiyimiz tapşırıqları 99 faiz yerinə yetirdilər. İlk qələbəmizdir. Çalışacağıq ki, qələbə seriyasını davam etdirək".
"Şamaxı" I Liqada lider MOİK-dən 4 xal geridədir. Ramiz Məmmədov bu fərqi aradan qaldıra biləcəklərini deyib:
"Bu, futboldur. Fərq 7 xal da ola bilər. Elə bir mürəkkəb vəziyyət görmürəm. Futbolçuların fiziki durumunu, futbola baxışını 3-4 gündə öyrənmək çətindir. Yavaş-yavaş hər birini meydanda yaxından tanıyandan sonra öz tapşırığımızı verəcəyik. Yəqin ki, bundan sonra xal fərqini aradan qaldıra bilərik".
Elçin Əlixan
saytlarin hazirlanmasi