Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin növbəti görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
İlk görüş “İrəvan” və “Araz-Naxçıvan” klubları arasında olub. Naxçıvan təmsilçisi rəqibinə böyük hesabla qalib gəlib.
Qəbələ isə "İmişli"ni çətinliklə məğlubiyyətə uğradıb.
İrəvan - "Araz-Naxçıvan" 2:8
Qollar: Vüsal Qənbərov, 16, Vüsal Əsgərov, 37 - Aksel Nqando, 24, 43, 45+4 (pen), Orxan Əliyev, 25, 51, Miço Kuzmanoviç, 73, Elvis Maşike, 80, 83
Bakı, ASK Arena stadionu
Baş hakim: Cavid Cəlilov.
"İmişli" - "Qəbələ" 0:1
Qol: Mehrac Baxşalı 90+3
Qəbələ şəhər Stadionu
Baş hakim: Emin Əliyev
Dünən 1/8 finalın iki oyunu artıq baş tutub və 1/4 finalçı bəlli olub:
“Sumqayıt” – “Karvan” – 3:1
“Kəpəz” – “Sabah” – 3:4