Belçika millisində şok itki: Avro-2024-də oynamayacaq

11:31 - 20 Dekabr 2023

Belçika milli komandası Avro-2024-ə ciddi itki ilə yollanacaq.

Sportal.az xəbər verir ki, Tibo Kurtua yığmaya kömək edə bilməyəcək. Mövsümün əvvəlində diz bağları qopan "Real"ın qapıçısı turnirə kimi hazır olmayacaq.

Kurtua özü bu barədə açıqlama verib. 31 yaşlı qolkiper Avropa çempionatında iştirak etməyəcəyini vildirib.

Qeyd edək ki, Tibo Kurtua Belçika millisinin heyətində 31 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti