"Sumqayıt" "Gəncə"ni məğlub etdi

21:50 - 22 Dekabr 2023

Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 9 -cu turunun növbəti oyunu baş tutub.

Sportal.az xəbər verir ki, "Sumqayıt" doğma azarkeşləri önündə "Gəncə" klubunu qəbul edib və rəqib üzərində 95-88 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular "Sumqayıt"da Smit Roderik (18 xal, 11 ribaund), "Gəncə"də isə Culs Mur (22 xal, 4 ribaund) olub.

Xəbər xətti