"Dinamo"nun Müşahidə Şurasında Daxili İşlər Nazirliyi təmsil olunmalıdır"

21:25 - 22 Dekabr 2023

II Liqada mübarizə aparan "Dinamo"da həqiqi hərbi xidmətə çağırılan futbolçuların çıxış edəcəyi gözlənilirdi.

Bu mövzu ilə bağlı klubun prezidenti Yaşar Seyidovla əlaqə saxladıq. Sportal.az saytına danışan klub rəhbəri məsələnin növbəti ildə öz həllini tapacağını bildirdi:

"Əsgərliklə bağlı məsələlər yəqin ki, 2024-cü ildə həllini tapacaq. "Dinamo"nun Müşahidə Şurasında Daxili İşlər Nazirliyi təmsil olunmalıdır. MŞ təsdiq olunandan sonra həqiqi hərbi xidmətlə bağlı futbolçular "Dinamo"ya cəlb olunacaqlar. Bu, növbəti il üçün nəzərdə tutulub. Biz də məsələlərin öz həllini tapmasını gözləyirik ki,həqiqi hərbi xidmətə gedən futbolçular gəlib "Dinamo"da oynasınlar".

Elçin Əlixan

Xəbər xətti