Futbol üzrə Portuqaliya Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" səfərdə "Nasyonal"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 4-ə yüksəldən "Braqa" qrupun lideridir.
Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu gələn ilin fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi