İlin ən yaxşı baş məşqçisi açıqlandı

17:19 - 30 Dekabr 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü il üçün milli komandalarda çalışan ən yaxşı baş məşqçini müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, ilin ən yaxşısı Argentina yığmasına rəhbərlik edən Lionel Skaloni seçilib. 45 yaşlı mütəxəssis 185 xal toplayıb.

Fransa millisini çalışdıran Didye Deşam 112 xalla ikinci, Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines isə 61 xalla üçüncü olub. İlk “5-lik”də Luis De La Fuente (İspaniya) və Marselo Byelsa (Uruqvay) qərarlaşıb.

Xəbər xətti