"Qarabağ"ın rəqibindən səfər qələbəsi

11:30 - 31 Dekabr 2023

Futbol üzrə Portuqaliya çempionatında 15-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" səfərdə "Kasa Pia" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 32-yə yüksəldən "Braqa" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk oyunu fevralın 15-də Portuqaliyada keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti