İsveçdə 2023-cü ilin ən yaxşı kişi futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Tottenhem"in yarımmüdafiəçisi Deyan Kuluşevski başa çatan ilin ən yaxşısı seçilib. 23 yaşlı oyunçu ardıcıl ikinci dəfə ölkəsində ilin futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, Deyan Kuluşevski 2022-ci ilin yanvar ayından "Tottenhem"də çıxış edir. İsveç millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi