Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, 702 klubun yer aldığı siyahıda Azərbaycanın 3 təmsilçisi var.
Təmsilçilərimizdən ən yaxşı göstərici "Qarabağ"dadır. Ağdamlılar ötən ayla müqayisədə 11 pillə irəliləyib. Hazırda aktivində 145,5 xal olan "Qarabağ" 73-cü sırada qərarlaşıb.
"Sabah"ın aktivində 55,5 xal var. Masazır təmsilçisi sırada özünə yer edib. "Neftçi" isə 53,75 xalla 469-cu pillədədir.
saytlarin hazirlanmasi