Afrika Millətlər Kubokunun Qana ilə matçında (2:2) zədələnən Məhəmməd Salahın durumu bəlli olub.
Sportal.az xəbər verir ki, Misir yığmasının hücumçusu iki oyunu buraxmalı olacaq. Bu barədə Misir Futbol Federasiyası məlumat yayıb.
31 yaşlı futbolçu qrup mərhələsinin son matçında iştirak etməyəcək. Onun komandası 1/8 finala yüksəlsə, Salah bu qarşılaşmada da komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi