“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “Globe Soccer” mükafatına layiq görülüb.
Sportal.az xəbər verir ki, 23 yaşlı norveçli forvard hər kəsi qabaqlayaraq 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Halanddan başqa, bu mükafata Cud Bellingem (“Real”), Kərim Benzema (“Əl-İttihad”), Kevin De Bröyne (“Mançester Siti”), Kilian Mbappe (PSJ), Lionel Messi (“İnter Mayami”), Viktor Osimhen (“Napoli”), Məhəmməd Salah (“Liverpul”), Kriştiano Ronaldo (“Əl-Nəsr”), Bernardo Silva (“Mançester Siti”) və Vinisius Junior (“Real”) da namizəd idi.
Qeyd edək ki, Mükafatın 2022-ci ildəki qalibi Kərim Benzema olub.
saytlarin hazirlanmasi