Adrian Mutunun yeni iş yeri bəlli oldu

12:12 - 22 Yanvar 2024

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutunun yeni iş yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsində çalışacaq. 45 yaşlı mütəxəssis ÇFR-ə rəhbərlik edəcək.

Bu barədə Kluj təmsilçisinin sahibi Nelu Varqa "İAMsport"a açıqlamasında məlumat verib. Mutu istefaya göndərilən Andrea Mandorlinini əvəz edəcək.

Qeyd edək ki, ÇFR 22 turdan sonra 36 xal toplayıb və Rumıniya çempionatında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti