De Byazi bu klubu çalışdıra bilər

15:39 - 22 Yanvar 2024

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Canni De Byazi İranda işləyə bilər.

Sportal.az xəbər verir ki, "Persepolis" italiyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi planlaşdırır. Bu barədə İran mətbuatı məlumat yayıb.

Tehran təmsilçisi 67 yaşlı məşqçi ilə danışıqlara başlayıb. "Persepolis"in baş məşqçisi postuna digər namizədlər isə Vladimir Petkoviç və Joze Peseyrodur.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyul ayından 2023-cü ilin noyabrınadək Azərbaycan yığma komandasına rəhbərlik edib.

Xəbər xətti