Afrika Millətlər Kubokunda növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, Tunis yığmasını çalışdıran Jalel Kadri istefa verib. 52 yaşlı mütəxəssis bu barədə CAR-la matçdan (0:0) sonra keçirilən mətbuat konfransında məlumat verib.
Tunis seçməsi E qrupunu 2 xalla sonuncu pillədə başa vurub və turnirlə vidalaşıb.
Qeyd edək ki, Fil Dişi Sahili və Qana milli komandalarının da baş məşqçiləri istefaya göndərilib.
saytlarin hazirlanmasi