"Sabah" - "Qarabağ" matçının biletləri satışda

12:58 - 25 Yanvar 2024

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Qarabağ” oyununun biletləri satışa çıxıb.

Sportal.az xəbər verir ki, biletləri onlayn şəkildə “iticket.az” saytından (https://shorturl.at/emDLT), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

“Sabah” – “Qarabağ” oyunu yanvarın 30-da, saat 19:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Xəbər xətti