"Neftçi"nin legionerinin komandası Asiya Kuboku ilə vidalaşdı

21:58 - 29 Yanvar 2024

Asiya Kubokunda 1/8 final mərhələsinin görüşləri davam edir.

Sportal.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Ataa Caberin formasını geyindiyi Fələstin millisi Qətər seçməsi ilə qarşılaşıb. Matç Qətərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Fələstin yığması Asiya Kubokunda mübarizəni dayandırıb.

Ataa Caber bu oyunun iştirakçısı olmayıb. 29 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Xəbər xətti