Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda sabah "Qəbələ" ilə qarşılaşacaq "Araz-Naxçıvan" oyunöncəsi son məşqini keçirib.
Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təxminən 1 saat davam edən məşqdə zədə və səhhətində yaranmış problemlə əlaqədar bir neçə gündür komandadan ayrı düşən futbolçular - İsmail Azzaui və Orxan Əliyev də iştirak edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Qəbələ" oyunu yanvarın 31-də, saat 16:00-da "Dalğa Arena"da keçiriləcək. Matç CBC Sport-la canlı yayımlanacaq. Bu komandalar arasında cavab qarşılaşması isə fevralın 9-da Qəbələ şəhər stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi