Futbol üzrə Portuqaliya Premyer Liqasında 19-cu turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Avropa liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" doğma meydanda "Şaves"i qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
19 turdan sonra 37 xal toplayan "Braqa" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi