"Neftçi"dən 40-cı səfər qələbəsi

10:51 - 1 Fevral 2024

“Neftçi” Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb.

Sportal.az xəbər bverir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında onun yetirmələri “Sumqayıt”a qalib gəlib – 3:2. Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.

Qeyd edək ki, “Neftçi” Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.

Xəbər xətti