Rimas Kurtinaytisdən uğurlu debüt, "Neftçi" dən asan qələbə 

21:46 - 2 Fevral 2024

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun iki oyunu baş tutub.

Sportal.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilmiş günün ilk oyununda "Sərhədçi" və "Sabah" klubları üz-üzə gəliblər. Litvalı Rimas Kurtinaytisin başçılığı ilə ilk oyununa çıxan çempionatın lideri "Sabah" rəqibi üzərində 96-71 hesablı rahat qələbə qazanıb.

Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Cəbrayıl Əkbərov - 15 xal, 4 ribaund), "Sabah" (Desmond Kembric - 18 xal, 7 asist)

Günün ikinci oyununda yeni transferləri ilə güclənmiş "Neftçi", çempionatın aşağı pillələrində qərarlaşmış "Sumqayıt" klubu ilə qarşılaşıb və 113-96 hesablı rahat qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular: "Neftçi" (DiAncelo Styüart - 24 xal, 4 asist), "Sumqayıt" (Lenard Dikson - 29 xal, 6 ribaund)

Xəbər xətti