Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 13 -cü turun növbəti oyunu baş tutub.
Sportal.az xəbər verir ki, "Cəlilabad" doğma azarkeşləri önündə, "Şəki" klubu ilə qarşılaşıb. Sonuncu periodda 15 xallıq fərqi aradan qaldıran "Cəlilabad", gərgin oyunun yekununda 90-86 qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Zaur Paşayev - 26 xal, 3 asist), "Şəki" (Pol Dibal - 25 xal, 4 ribaund)
Qeyd edək ki, 13-cü turun son oyunu ("NTD-İNDİQO" - "Xəzri") 4 fevral tarixində baş tutacaq
saytlarin hazirlanmasi