"Neftçi" - "Sumqayıt" matçının biletləri satışda

16:25 - 6 Fevral 2024

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 9-u saat 19:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qiyməti 2 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri "İticket.az"a daxil olaraq onlayn şəkildə əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Xəbər xətti