"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır

17:21 - 6 Fevral 2024

Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah saat 12:00-dan "iticket.az"da onlayn şəkildə satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah "iticket.az"da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Fevralın 8-də keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda "Qarabağ" qələbə qazanıb - 7:1.

Xəbər xətti