Hakimlər üçün yenilənmə seminarı keçirildi

21:20 - 6 Fevral 2024

Bu gün Bakı Olimpiya Stadionunda yerləşən AFFA VAR mərkəzində VAR sertifikatı olan hakim və hakim köməkçiləri üçün yenilənmə seminarı keçirilib.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Seminarda Misli Premyer Liqasının qış fasiləsinədək keçirilmiş oyunlarında baş vermiş VAR müdaxilələrinin təkrar və təhlili, oyundankənar vəziyyət epizodları üzərində məşğələlər keçirilib.

Xəbər xətti