Asiya Kubokunda ilk finalçı məlum oldu

21:52 - 6 Fevral 2024

Futbol üzrə Asiya Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bu, İordaniya milli komandasıdır. Cənubi Koreyanı 2:0 hesabı ilə məğlub edən Husseyn Ammutanın yetirmələri həlledici görüşə vəsiqə qazanıb.

İordaniya yığması tarixi ərzində ilk dəfə Asiya Kubokunda finala yüksəlib.

Digər finalçı sabah baş tutacaq İran - Qətər matçından sonra məlum olacaq.

Xəbər xətti