Millinin yeni baş məşqçisi açıqlandı

13:50 - 7 Fevral 2024

Futbol üzrə Misir milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Afrika təmsilçisini Hossam Hassan çalışdıracaq. Bu barədə Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

57 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Afrika Millətlər Kubokundakı uğursuzluqdan sonra Misir yığmasının baş məşqçisi Rui Vitoriya istefaya göndərilib.

Xəbər xətti