Azərbaycan milli komandasının sabiq qapıçısı Hüseyn Məhəmmədov karyerasını minifutbolda davm etdirəcək.
Sportal.az xəbər verir ki, veteran qolkiper "İnter"ə keçib. Bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Hüseyn Məhəmmədov peşəkar karyerası ərzində "Turan Tovuz", "Kəpəz", "Şəmkir", "Maşın Sazi", "Neftçi", "Olimpik", "Karvan" və "Standard"da çıxış edib. O, 7 dəfə Azərbaycan çempionu olub.
saytlarin hazirlanmasi