Daha bir tanınmış futbolçu minifutbol klubuna keçdi

15:56 - 7 Fevral 2024

Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov minifutbolda çıxış edəcək.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Yığmanın keçmiş üzvü "Turan"a transfer olunub.

Qeyd edək ki, Ramazan Abbasov karyerası ərzində "Neftçi", "Bakı" və "Rəvan"ın uğurları üçün çalışıb.

Xəbər xətti