Premyer Liqada ən çox məhsuldar ötürmə edən müdafiəçi adına sahib çıxdı

09:34 - 11 Fevral 2024

"Liverpul"un futbolçusu Trent Aleksander-Arnold İngiltərə Premyer Liqasının 24-cü turunun "Bernli" ilə matçında (2:1) məhsuldar ötürmə ilə yadda qalıb və o, çempionat tarixinin ən yaxşı məhsuldar ötürmə edən müdafiəçisi adına ələ keçirib.

Sportal.az xəbər verir ki, bu, ingilis müdafiəçinin Premyer Liqadakı 58-ci assist kimi tarixə keçib.

Trent bu göstəricidə 57 məhsuldar ötürmə ilə komanda yoldaşı Endryu Robertsonu geridə qoyub.

Bu mövsüm 25 yaşlı futbolçu bütün turnirlərdə 28 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə edib. 23 matçdan sonra “Liverpul” 51 xalla ikinci yerdədir.

Xəbər xətti