İntizam Komitəsinin növbəti icalsı keçirilib.
Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
08.02.2024-cü il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Qarabağ” – “Sabah” oyununun 78-ci dəqiqəsində “Qarabağ” klubunun 20 nömrəli futbolçusu Riçard Almeyda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Qarabağ” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 39.1, 32);
09.02.2024-cü il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
09.02.2024-cü il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
09.02.2024-cü il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
09.02.2024-cü il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
saytlarin hazirlanmasi