"Qarabağ"ın sabiq hücumçusu, hazırda komandada məşqçi kimi fəaliyyət göstərən Müşfiq Hüseynov Avropa Liqasının pley-off mərhələsinin Bakıda Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək cavab oyunu (ilk oyun – 4:2) ərəfəsində baş verənlər haqda danışıb.
Sportal.az xəbər verir ki, “O Jogo”ya danışan Hüseynov Birinci Qarabağ müharibəsi zamanı yaşananlar və Ağdamda dağıdılmış “İmarət stadionu”ndan da söhbət açıb:
"Gəncliyimiz ağrılı keçdi, həzz ala bilmədik. Demək olar ki, bizdə o olmadı. Həmin dövrün xatirələri bombalar, münaqişələr və dağıdıldığı üçün artıq mövcud olmayan stadionumuzla əlaqəlidir. O zaman bizi əhatə edən, dəstək olan insanlar artıq dünyasını dəyişib. İndi hər şey yaxşıdır, amma biz o insanları unuda bilmərik. Komandamız işğal zamanı son ana qədər müqavimət göstərdi ki, şəhərin yarısı artıq Ağdamı tərk edib. Sadəcə biz və əsgərlər orada qalmışdı. Qarabağın adının qorunub saxlanması üçün böyük ümid biz idik. Bu gün demək olar ki, bütün Avropa bizi tanıyır. Bu isə ən xoşbəxt hissdir".
saytlarin hazirlanmasi