Rahil oynadı, komandası uduzdu - VİDEO

10:17 - 24 Fevral 2024

Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" Polşa çempionatında növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Lodz təmsilçisi "Poqon"la üz-üzə gəlib.

Rahilin komandası rəqibinə 2:4 hesabı ilə uduzub. Meydana start heyətində çıxan azərbaycanlı müdafiəçi sona qədər də meydanda olub.

"LKS Lodz" 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti