"Qarabağ"ın rəqibindən rekord göstərici

10:49 - 24 Fevral 2024

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" rekord göstəriciyə imza atıb.

Sportal.az xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv Almaniya Bundesliqasının Bundesliqanın 23-cü turunda "Maynts"ı məğlub edib (2:1).

Bununla da, Leverkuzen klubunun məğlubiyyətsizlik seriyası 33 oyuna çatıb. Nəticə isə klub tarixində rekord göstəricidir.

"Bayer" 33 oyunun 29 qələbə qazanıb, 4 heç-heçə edib. Komanda Bundesliqada 61 xalla liderdir.

Qeyd edək ki, "Qarabağ" - "Bayer" matçı martın 7-də Bakıda keçirəcək və görüşə 21:45-də start veriləcək. Cavab oyunu isə martın 14-də Leverkuzendə baş tutacaq. 

Xəbər xətti