"Çelsi" baş məşqçi axtarır, italiyalı ilə danışıq aparacaqlar

13:49 - 27 Fevral 2024

"Çelsi" yeni sezon üçün baş məşqçi axtarışlarını davam etdirir.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "zadəganlar" "Brayton"un çalışdırıcısı Roberto De Zerbi variantını nəzərdən keçirir.

Yayda London təmsilçisinin italiyalıya rəsmi təklif irəli sürəcəyi gözlənilir.

Hazırda "Çelsi"ni Maurisio Poçettino çalışdırır. De Zerbinin isə "Brayton"la müqaviləsi 2026-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti