Bu klub “Neftçi”nin sabiq legionerini Azərbaycana qaytardı

23:18 - 28 Fevral 2024

Avrokuboklara iddialı “Zirə” yeni legionerlə güclənib.

Sportal.az "sportinfo"ya istinadən xəbər verir ki, qəsəbə klubu Sezar Meza Kolli ilə anlaşıb.

Vaxtilə ölkəmizdə “İnter” (indiki “Şamaxı”) və “Neftçi”nin şərəfini qorumuş paraqvaylı sabah yenidən Azərbaycana təşrif buyuracaq.

2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən, bu müddətdə 55 oyunda meydana çıxan və 6 qol vuran yarımmüdafiəçi ötən ilin iyununda burdan ayrılmışdı.Cənubi amerikalı ötən ayları Səudiyyə Ərəbistanının birinci divizion klubunda - "Ohod"da keçirib.

Xəbər xətti