Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNİB

21:54 - 2 Aprel 2024

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.

"Neftçi" öz meydanında "Qarabağ"ı qəbul edib. "Neftçi Arena"da keçirilən oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar

2 aprel
20:00 "Neftçi" - "Qarabağ" 0:4
Qol:
Toral Bayramov, 14 (pen), 29, Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86
"Neftçi Arena"

Xəbər xətti