"Milan" və "Tottenhem" ingiltərəli müdafiəçini transfer etmək istəyir

19:58 - 2 Aprel 2024

"Fulhem"in müdafiəçisi Tosin Adarabioyo yayda klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu London təmsilçisisi ilə mövsümün sonunda başa çatan müqaviləsini yeniləməyəcək.

İngiltərəli mərkəz müdafiəçisini "Tottenhem" və "Milan" transfer etmək istəyir. Hər iki klub yayda azad agent statusunda olacaq oyunçunu heyətinə qatmaqda israrlıdır.

Qeyd edək ki, "Fulhem" Tosin Adarabioyonu 2020-ci ilin oktyabr ayında "Mançester Siti"dən transfer edib. İngiltərə U19 millisinin sabiq üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti