Bu gün AFFA İntizam Komitəsinin keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Kuboku yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Neftçi” – “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Neftçi” – “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Neftçi” – “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
saytlarin hazirlanmasi