"Real" ukraynalı qapıçı ilə anlaşmaq üzrədir

10:34 - 10 Aprel 2024

"Real"ın qolkiperi Andrey Luninlə müqavilə müddətini artırmağı planlaşdırır.

Sportal.az "Marca"ya istinadən hazırda tərəflər arasında danışıqlar davam etdirilir. 

"Kral klubu"nun rəhbərliyi Ukrayna millisinin qapıçısının komandada qalmasının tərəfdarıdır. Şifahi razılığın əldə edildiyi bildirilir.

25 yaşlı futbolçu 2018-ci ildə “Zarya”dan “Real”a 8,5 milyon avro qarşılığında transfer olub.

Luninin "Real"la müqaviləsi 2025-ci ilin iyunun 30-na qədərdir. 

Xəbər xətti