"İmişli" mövsümün son oyununda uduzdu - VİDEO

14:28 - 23 May 2024

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, "İmişli" sonuncu turda səfərdə MOİK-in qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 49-a yüksəldən MOİK mövsümü 3-cü pillədə başa vurub. 47 xal toplayan "İmişli" isə 4-cü olub.

MOİK - "İmişli" 2:1
Qollar:
Ramil Orucov, 32, Elmir Rəhimzadə, 83 - Maqsud Ələkbərov, 39

Xəbər xətti