Avropa Liqasını qazandı, komandada qalmağa üstünlük verdi

12:49 - 26 May 2024

Can Pyero Qasperini "Atalanta"da qalıb.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis klubun prezidenti Antonio Perkassi ilə söhbətində Berqamo klubunda qalmaq istəyini bildirib.

Halbuki təcrübəli məşqçiyə "Napoli"dən cəlbedici təklif gəlib.

Buna baxmayaraq, Qasperini bu mövsüm Avropa Liqasını qazandığı komandada qalmağı daha üstün tutub. 

66 yaşlı mütəxəssis "Krotone", "Cenoa", "İnter", "Palermo", "Cenoa"da işlədikdən sonra 2016-cı ildən "Atalanta"nı çalışdırmağa başlayıb.

Xəbər xətti